Geri

02 oktyabr 2022-ci il saat 19:15-dək:

Xaçmaz rayonunun Müşkür kəndində ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları 20 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 1 tonu, bitişik ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Talvarın, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux rayonunun Yuxarı Ağasıbəyli kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Beyləqan rayonunun İkinci Şahsevən kəndində həyətyanı sahəyə yığılan 17 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şabran rayonunun Gəndov kəndində ümumi sahəsi 56 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

02 oktyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

02 oktyabr 2022-ci il saat 08:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 210 m² olan kürsülü, birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və çardağı 60 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib. 

Geri

02 oktyabr 2022-ci il saat 06:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda "Nissan" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun 7 saylı qəsəbəsində ümumi sahəsi 144 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 15 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 05:00-dək:

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 04:00-dək:

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 56 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 900 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 00:30-dək:

Şəmkir şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin çardağının taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.