Geri

02 oktyabr 2022-ci il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib. 

Geri

02 oktyabr 2022-ci il saat 06:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda "Nissan" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun 7 saylı qəsəbəsində ümumi sahəsi 144 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 15 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 05:00-dək:

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 04:00-dək:

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 56 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 900 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 oktyabr 2022-ci il saat 00:30-dək:

Şəmkir şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin çardağının taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.