Sabirabad rayonunun Narlıq kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 21 m² olan təndirxananın dam örtüyü 10 m² sahədə və bitişik ümumi sahəsi 48 m² olan tövlənin dam örtüyü 12 m² sahədə yanıb. Təndirxananın və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Zərdab rayonunun Gəlmə kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli evin evin yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.
Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Kürdəmir rayonunun Qocalı kəndində ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün içərisində 2 ədəd çarpayı, yataq dəsti və bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı vaqon tipli köşk yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.