Geri

31 yanvar 2022-ci il saat 07:30-dək:

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 yanvar 2022-ci il saat 05:30-dək:

Abşeron rayonunun Novxanı kəndi ərazisində yolun palçıqlı və sürüşkən olması səbəbilə "Mercedes" markalı təcili yardım avtomobilinin yolda qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.


Geri

31 yanvar 2022-ci il saat 02:30-dək:

Kürdəmir rayonunun Qocalı kəndində ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün içərisində 2 ədəd çarpayı, yataq dəsti və bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı vaqon tipli köşk yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.