Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.
Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Kürdəmir rayonunun Qocalı kəndində ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün içərisində 2 ədəd çarpayı, yataq dəsti və bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı vaqon tipli köşk yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.