Geri

22 yanvar 2022-ci il saat 08:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 1 ədəd divan yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Hacıqabul rayonunun Muğan qəsəbəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin zirzəmisinin tavanı 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun Hüsənli kəndində ümumi sahəsi 16 m² olan dəmir konstruksiyalardan ibarət (mətbəx kimi istifadə olunur) konteynerin taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı konteynerlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun İrəvanlı kəndində həyətyanı sahədə yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.