Geri

21 yanvar 2022-ci il saat 14:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli tikilinin (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı vaqonlar və əraziyə yığılan şpallar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 yanvar 2022-ci il saat 09:00-dək:

Beyləqan rayonunun Əlinəzərli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının taxtadan ibarət tavanı 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 yanvar 2022-ci il saat 08:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

21 yanvar 2022-ci il saat 07:15-dək:

Bakı şəhərinin Suraxanı rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuz rayonunun Çatax kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 260 m² sahədə yanıb. Evin qalan hissəsi, zirzəmisinə yığılan ot bağlamaları və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Nadirkənd kəndində ümumi sahəsi 16 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 yanvar 2022-ci il saat 03:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Geri

21 yanvar 2022-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Daewoo" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.