Geri

17 yanvar 2022-ci il saat 18:00-dək

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Geri

17 yanvar 2022-ci il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

17 yanvar 2022-ci il saat 17:00-dək:

Tərtər şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli mağazanın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 60 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran şəhərində ümumi sahəsi 1650 m² olan birmərtəbəli quşçuluq sexinin içərisində yerə səpilən taxta yonqarı 450 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 yanvar 2022-ci il saat 14:15-dək:

08.01.2022-ci il tarixində Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

17 yanvar 2022-ci il saat 13:30-dək:

Xaçmaz rayonunun Yergüc kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli mansarda tipli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və bitişik ümumi sahəsi 180 m² olan talvarın taxtadan ibarət üzlüyü 60 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 yanvar 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

17 yanvar 2022-ci il saat 06:45-dək:

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində, içərisində 2 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.