Geri

15 yanvar 2022-ci il saat 07:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 yanvar 2022-ci il saat 03:30-dək:

Sumqayıt şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 700 m² olan birmərtəbəli avtomobil satışı mağazasında 1 ədəd soyuducu, 1 ədəd rəf və 2 ədəd divan yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanacaqdoldurma məntəqəsi, mağaza və içərisində olan minik avtomobilləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.