Geri

15 yanvar 2022-ci il saat 07:30-dək:

Masallı rayonunun Qızılavar kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın, mebel 6 p.m və qismən 1 ədəd soyuducu yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 yanvar 2022-ci il saat 07:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 yanvar 2022-ci il saat 03:30-dək:

Sumqayıt şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 700 m² olan birmərtəbəli avtomobil satışı mağazasında 1 ədəd soyuducu, 1 ədəd rəf və 2 ədəd divan yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanacaqdoldurma məntəqəsi, mağaza və içərisində olan minik avtomobilləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.