Geri

01 yanvar 2022-ci il saat 07:00-dək:

Ağdam rayonunun Zəngişalı kəndində ümumi sahəsi 120 m² olan talvarın taxta atmaları və altına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağstafa rayonunun Vurğun qəsəbəsində “ВАЗ” markalı minik avtomobili divara çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 13 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.