Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Goranboy rayonunun Hacallı kəndində həyətyanı əraziyə yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Kürdəmir rayonunun Təklə kəndində ümumi sahəsi 160 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisinə və dam örtüyünə yığılan 10 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Saatlı rayonunda transformatorun yağı və giriş-çıxış kabelləri 20 p.m yanıb. Yüksək temperaturdan yaxınlıqdan keçən telefon kabeli 20 p.m əriyib. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.