Geri

08 sentyabr 2021-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonunun Çuxanlı kəndində “Chevrolet” markalı minik avtomobilinin su kanalına (kanalda suyun az olduğu qeyd olunub) düşməsi və içərisində olan 2 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin hadisə yerinə ən yaxın xilasetmə qüvvələri - Muğan Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

08 sentyabr 2021-ci il saat 17:30-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 40 m² olan ikimərtəbəli (1-ci mərtəbədə sanitar qovşağı və hamam, 2-ci mərtəbədə köməkçi otaq) tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Ərəb kəndində ümumi sahəsi 85 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, içərisinə və dam örtüyünə yığılan 12 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 sentyabr 2021-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

08 sentyabr 2021-ci il saat 15:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 25 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 15 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 ədəd plastik pəncərə çərçivəsi əriyib. Tikilinin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

08 sentyabr 2021-ci il saat 08:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 36 m² olan birmərtəbəli evin döşəməsi və dam örtüyü 5 m² sahədə yanıb, pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 sentyabr 2021-ci il saat 08:00-dək:

Siyəzən rayonunun Qalaşıxı kəndində həyətyanı sahədə 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində "Opel" markalı minik avtomobilinin arxa hissəsi və 2 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 p.m mebel və lambirindən ibarət tavan 5 m² sahədə yanıb. Yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 sentyabr 2021-ci il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “КамАЗ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "КамАЗ" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.