Sabirabad rayonunun Əsədli kəndində həyətyanı sahədə 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda yığılan 1,5 ton ot bağlamasının 500 kiloqramı yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunun Qazaxlar kəndində fermanın ərazisində ümumi sahəsi 70 m² olan taxta və qamış konstruksiyalardan ibarət tövlə yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunun Bala Cəfərli kəndində "ГАЗ" markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Quba rayonunun Afurca kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 9 ton ot bağlamasının 5 tonu və bitişik ümumi sahəsi 40 m² olan qarajın içərisində 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 25 ton ot bağlamasının 7 tonu yanıb, yüksək temperaturdan bitişik ümumi sahəsi 200 m² olan tövlənin taxta konstruksiyaları 10 m² sahədə qarsalanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 150 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin qapısı və güzgüsü qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 63 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 9 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.