Geri

07 sentyabr 2021-ci il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

07 sentyabr 2021-ci il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

07 sentyabr 2021-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

07 sentyabr 2021-ci il saat 12:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

07 sentyabr 2021-ci il saat 08:00-dək:

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 150 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 sentyabr 2021-ci il saat 04:30-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin qapısı və güzgüsü qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 63 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 9 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.