Geri

07 sentyabr 2021-ci il saat 04:30-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin qapısı və güzgüsü qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 63 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 9 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.