Geri

06 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

06 sentyabr 2021-ci il saat 08:30-dək:

Bərdə rayonunun Kələntərli kəndində həyətyanı sahədə yığılan 40 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 sentyabr 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və qoruyucu açar yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.