Geri

05 sentyabr 2021-ci il saat 18:15-dək:

Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin döşəməsi 6 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin və hamam otağının lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 sentyabr 2021-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

05 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

05 sentyabr 2021-ci il saat 08:00-dək:

Bərdə rayonunun Gərənə kəndində açıq sahəyə yığılan 136 ton ot bağlamasının 36 tonu və yaxınlıqda 7 ədəd ağac yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 sentyabr 2021-ci il saat 01:00-dək:

Beyləqan rayonunda ümumi sahəsi 2000 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin ərazisində 50 m² sahədə məişət tullantıları yanıb. Yüksək temperaturdan tikilinin 1 otağının lambirindən ibarət tavanı 10 m² sahədə əriyib, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Bambaşı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli (hər mərtəbəsi 120 m²) evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.