Geri

04 sentyabr 2021-ci il saat 08:00-dək:

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altına yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunda ümumi sahəsi 40 m² olan talvarın yanar konsturksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Çəmənli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Hüsülü kəndində fermanın ərazisində 80 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda olan tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.