Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunun Qarabucaq kəndində ”Shacman” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Bolsulu kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 800 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ucar rayonunun Alpı kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 1,5 ton ot bağlaması, bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və tövlənin xarici divarına quraşdırılan 2 ədəd qaz sayğacı yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.