Geri

03 sentyabr 2021-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Geri

03 sentyabr 2021-ci il saat 14:15-dək:

Mingəçevir şəhərində “Беларус” markalı traktorun 2 ədəd qoşqusuna yığılan 6 ton ot bağlaması yanıb. Traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Birinci Aral kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunda “ВАЗ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 sentyabr 2021-ci il saat 12:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda "Kia" markalı minik avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonı üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 sentyabr 2021-ci il saat 08:00-dək:

Bərdə rayonunun Nazırlı kəndində həyətyanı sahədə yığılan 47 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Göybulaq kəndində ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2,5 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 sentyabr 2021-ci il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunun Qarabucaq kəndində ”Shacman” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

03 sentyabr 2021-ci il saat 03:15-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Bolsulu kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 800 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Alpı kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 1,5 ton ot bağlaması, bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və tövlənin xarici divarına quraşdırılan 2 ədəd qaz sayğacı yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.