Geri

27 sentyabr 2021-ci il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Geri

27 sentyabr 2021-ci il saat 20:45-dək:

Lənkəran şəhərinin Şiləvar kəndində ümumi sahəsi 384 m² (hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 sentyabr 2021-ci il saat 20:30-dək:

Neftçala rayonunun Qədimkənd kəndi yaxınlığında pambıq zavodunun ərazisində çəkisi 183 ton olan pambıq bağlamalarının 153 kiloqramı yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb, pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Şotlanlı kəndində vətəndaşa məxsus ərazidə çəkisi 350 kiloqram olan pambıq bağlamalarının 100 kiloqramı yanıb. Pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 sentyabr 2021-ci il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İmişli rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 sentyabr 2021-ci il saat 19:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 sentyabr 2021-ci il saat 17:30-dək:

Goranboy rayonunun Məşədiqaralar kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 sentyabr 2021-ci il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 sentyabr 2021-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda elektrik cərəyanı vurması nəticəsində xəsarət alan şəxsin damdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciət qəbul edilən kimi, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri xilasetmə tədbirlərinin görülməsinə cəlb olunub. Əməliyyat nəticəsində xəsarət alan şəxsin hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasına təhvil verilərək xilas olunması təmin edilib.

Geri

27 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 sentyabr 2021-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

27 sentyabr 2021-ci il saat 08:00-dək:

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 25 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 50 m² olan elektrik otağında quraşdırılan 40 ədəd sayğac və 25 p.m kabel yanıb. Otaqda olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı 8 ədəd mağazanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun Laza kəndində mobil rabitə operatorun ötürücü qülləsinin 1 ədəd generatoru yanıb. Qüllə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.