Geri

27 sentyabr 2021-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda elektrik cərəyanı vurması nəticəsində xəsarət alan şəxsin damdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciət qəbul edilən kimi, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri xilasetmə tədbirlərinin görülməsinə cəlb olunub. Əməliyyat nəticəsində xəsarət alan şəxsin hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasına təhvil verilərək xilas olunması təmin edilib.

Geri

27 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 sentyabr 2021-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

27 sentyabr 2021-ci il saat 08:00-dək:

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 25 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 50 m² olan elektrik otağında quraşdırılan 40 ədəd sayğac və 25 p.m kabel yanıb. Otaqda olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı 8 ədəd mağazanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun Laza kəndində mobil rabitə operatorun ötürücü qülləsinin 1 ədəd generatoru yanıb. Qüllə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.