Geri

27 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 sentyabr 2021-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

27 sentyabr 2021-ci il saat 08:00-dək:

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 25 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 50 m² olan elektrik otağında quraşdırılan 40 ədəd sayğac və 25 p.m kabel yanıb. Otaqda olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı 8 ədəd mağazanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun Laza kəndində mobil rabitə operatorun ötürücü qülləsinin 1 ədəd generatoru yanıb. Qüllə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.