Geri

25 sentyabr 2021-ci il saat 08:30-dək:

Goranboy rayonunun Qarasüleymanlı kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 sentyabr 2021-ci il saat 05:30-dək:

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 143 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 sentyabr 2021-ci il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.