Geri

16 sentyabr 2021-ci il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 sentyabr 2021-ci il saat 00:00-dək:

Ucar rayonunda ikimərtəbəli yaşayış binasının (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzillin yanar konstruksiyaları 9 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin döşəməsi 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.