Masallı rayonunun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bərdə rayonunun Yeni Daşkənd kəndində həyətyanı sahəyə yığılan 50 ton ot bağlamasının 8 tonu və yaxınlıqda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının taxtadan ibarət 2 ədəd pəncərə çərçivəsi qismən yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 25 m² olan taxta konstruksiyadan ibarət tikili (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə və kol-kosdan ibarət çəpər 56 p.m yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.
Bakı şəhərinin Xəzər rayonunda "УАЗ" markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Tərtər rayonunun Seydimli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 24 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Xaçmaz rayonunun Çarxı kəndində ümumi sahəsi 98 m² olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 49 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Xaçmaz rayonunun Çarxı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.