Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı tövlənin içərisində olan 9 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gədəbəy rayonunun Alnabat kəndində ümumi sahəsi 144 m² olan (hər mərtəbəsi 72 m2, 2-ci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.
Qazax rayonunun Kosalar kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 112 m² olan tövlənin yanar konstruksiyaları 56 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.