Geri

13 sentyabr 2021-ci il saat 08:00-dək:

Qazax rayonunun Kosalar kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 112 m² olan tövlənin yanar konstruksiyaları 56 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.