Beyləqan rayonunun İmamverdilər kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları 5 m² sahədə və yaxınlıqda 1,5 ton ot bağlamasının 0,9 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunda ümumi sahəsi 10 m² olan hinin yanar konstruksiyaları, yaxınlıqda kol-kosdan ibarət çəpər 56 p.m və 4 ədəd ağac qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağdaş rayonunun Ərəbocağı kəndində ümumi sahəsi 107 m² olan tövlənin yanar konstruksiyaları 77 m² sahədə və içərisinə yığılan 12 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının divarına bərkidilən kondisionerin çöl blokunun yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Samux rayonunun Əhmədbəyli kəndi yaxınlığında meyvə bağının ərazisində 2500 m² sahədə quru ot və müxtəlif növ meyvə ağacları, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi yanıb. Meyvə bağının və əkin sahəsinin qalan hissəsi, həmçinin ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Samux rayonunun Köbər kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 16 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Zəngənə kəndində həyətyanı sahəyə yığılan 18 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, dam örtüyü 35 m² sahədə və içərisində 1 ədəd kombi aparatı yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.