Geri

01 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 11 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

01 sentyabr 2021-ci il saat 07:00-dək:

Şəmkir rayonunda bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərində ümumi sahəsi 240 m² olan kürsülü, birmərtəbəli evin dam örtüyü, bitişik ümumi sahəsi 140 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə və içərisində 1 ədəd dəzgah qismən yanıb. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 sentyabr 2021-ci il saat 01:00-dək:

Astara rayonunun Vaqo kəndində ümumi sahəsi 36 m² olan tövlənin çardağı 15 m² sahədə və çardağına yığılan 2 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 35 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.