Geri

31 avqust 2021-ci il saat 13:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

31 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 avqust 2021-ci il saat 08:00-dək:

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Meyniman kəndində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 6 tonu və yaxınlıqda 40 p.m çəpər yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 avqust 2021-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Gəncəli Zaur Tofiq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

31 avqust 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.