Geri

29 avqust 2021-ci il saat 22:30-dək:

Ağcabədi rayonunun Salmanbəyli kəndində fermanın ərazisində ümumi sahəsi 80 m² olan qamışdan ibarət tövlə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunda həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Cağacıq kəndində həyətyanı sahədə yığılan 2 ton ot bağlamasının 1,2 tonu və yaxınlıqda ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 3 m² sahədə yanıb. Ot bağlamalarının və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 avqust 2021-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qobustan", “Corat”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Geri

29 avqust 2021-ci il saat 19:00-dək:

Qusar rayonunun Urva kəndində həyətyanı sahədə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Diyallı kəndində ümumi sahəsi 42 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda 10 p.m çəpər yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin (tavanı qamışdan ibarət) yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 20 m² olan dönərxanada tavan 5 m² sahədə və 1 ədəd soyuducu yanıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Şənlik kəndində fermanın ərazisində 24 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 avqust 2021-ci il saat 17:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Geri

29 avqust 2021-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Vələmir kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

29 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 avqust 2021-ci il saat 07:00-dək:

İmişli rayonunun Ölcələr kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə, bitişik ümumi sahəsi 25 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Edişə kəndində həyətyanı sahədə 22 ton ot bağlamasının 18 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Qaraçaycek kəndində ümumi sahəsi 48 m² olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılan 7 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 22 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunda ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 5 m² sahədə və altına yığılan 16 ton ot bağlamasının 6 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 avqust 2021-ci il saat 06:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Danilova Marina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.