Geri

29 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 avqust 2021-ci il saat 07:00-dək:

İmişli rayonunun Ölcələr kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə, bitişik ümumi sahəsi 25 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Edişə kəndində həyətyanı sahədə 22 ton ot bağlamasının 18 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Qaraçaycek kəndində ümumi sahəsi 48 m² olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılan 7 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 22 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunda ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 5 m² sahədə və altına yığılan 16 ton ot bağlamasının 6 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 avqust 2021-ci il saat 06:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Danilova Marina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.