Geri

28 avqust 2021-ci il saat 15:45-dək:

Abşeron rayonunda ümumi sahəsi 90 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 avqust 2021-ci il saat 15:30-dək:

27.08.2021-ci il tarixində Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində dənizdə batan 2000-ci il təvəllüdlü Paşazadə Mahir Ramin oğlunun axtarışları başa çatıb. M.Paşazadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

28 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

28 avqust 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikinti materialları satışı mağazasının döşəməsi 10 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 9 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ticarət mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 avqust 2021-ci il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

28 avqust 2021-ci il saat 03:45-dək:

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.

Yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Geri

28 avqust 2021-ci il saat 02:00-dək:

Göygöl rayonunun Yeni Qızılca kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 160 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Aşağı Xuc kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 9 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.