Geri

02 avqust 2021-ci il saat 15:30-dək:

Xaçmaz rayonunun Pirquluoba kəndində həyətyanı sahədə 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən 7 ailənin yaşadığı evlərdən ümumi sahəsi 50 m² olan evin yanar konstruksiyaları və ümumi sahəsi 30 m² olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, digər otağın tavanı 2 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Ağabəyli kəndində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 avqust 2021-ci il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Şəki şəhərində heyvan faktorunun (inək) su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

02 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

02 avqust 2021-ci il saat 06:45-dək:

İsmayıllı rayonunun Mican kəndində həyətyanı sahəyə yığılan 9 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

02 avqust 2021-ci il saat 04:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli  evin dam örtüyünün yanar konstruksiyaları və tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

02 avqust 2021-ci il saat 02:10-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun İkinci Nügədi kəndində “ГАЗел” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Geri

02 avqust 2021-ci il saat 02:00-dək:

Qazax rayonunun Birinci Şıxlı kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.