Geri

02 avqust 2021-ci il saat 02:10-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun İkinci Nügədi kəndində “ГАЗел” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Geri

02 avqust 2021-ci il saat 02:00-dək:

Qazax rayonunun Birinci Şıxlı kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.