Geri

16 avqust 2021-ci il saat 06:00-dək:

Goranboy rayonunun Safıkürd kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunda ümumi sahəsi 24 m² olan plastik qapı-pəncərə sexinin lambirdən ibarət tavanı 8 m² sahədə, sexin içərisində 2 ədəd qapı, pəncərə və 1 ədəd kodisioner yanıb. Sexin qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.