Geri

15 avqust 2021-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Şüvəlan”, və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və 9 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Geri

15 avqust 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 avqust 2021-ci il saat 19:45-dək:

Qusar rayonunun Bədirqala kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 44 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2021-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

15 avqust 2021-ci il saat 17:45-dək:

Şamaxı rayonunun Günəşli kəndində ümumi sahəsi 24 m² olan tövlənin yanar konstruksiyaları, damına və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2021-ci il saat 15:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları, tikilinin içərisinə və damına yığılan 4 ton ot bağlamasının 3,6 tonu və yaxınlıqda 1 ədəd dəzgah yanıb. Ot bağlamalarnın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun Əvəcük kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 132 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2021-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Qasımalılar kəndində “INFINITI” və “Ford” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1984-cü il təvəllüdlü Qasımova Xəyalə Əliş qızının və 1954-cü il təvəllüdlü Qasımova Ofelya Əliş qızının meyitləri və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 avqust 2021-ci il saat 13:00-dək:

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi)  batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb. N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

15 avqust 2021-ci il saat 12:00-dək:

Zaqatala rayonunun Dağlı kəndində ümumi sahəsi 21 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2021-ci il saat 11:00-dək:

Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə təxminən 200 m² sahədə təkər tullantıları və qismən ağaclar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2021-ci il saat 10:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 75 m² ərazidə təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

Geri

15 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 avqust 2021-ci il saat 08:00-dək:

İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 120 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 25 ton ot bağlaması və yaxınlıqda həyətyanı sahədə 10 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Qoyunbinəsi kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin (hazırda yaşayış yoxdur) dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində həyətyanı sahədə tikilən ümumi sahəsi 20 m² olan (dam örtüyü ondulindən ibarət) mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 avqust 2021-ci il saat 03:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.