Geri

01 avqust 2021-ci il saat 23:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şəmkir rayonunda heyvan faktorunun (inək) su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Geri

01 avqust 2021-ci il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda “BMC” və “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Geri

01 avqust 2021-ci il saat 19:15-dək:

Bakı şəhərinin Xətai rayonunda zavod ərazisində ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət tikili (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 15 m² sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 avqust 2021-ci il saat 17:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yevlax rayonunun Kövər kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 avqust 2021-ci il saat 15:00-dək:

Şəki şəhərinin Cumakənd kəndində "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 avqust 2021-ci il saat 13:00-dək:

30.07.2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü Bayramov Qismət Allahverdi oğlu və 2000-ci il təvəllüdlü Rüstəmov Ülfət Hikmət oğlunun havanın dumanlı olması səbəbindən naməlum istiqamətdə yolu azmalarına əsaslı şübhələrin yaranması ilə əlaqədar axtarışların aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

31.07.2021-ci il tarixində FHN-nin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. Hal-hazırda Q.Bayramov və Ü.Rüstəmovun itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) müvafiq dövlət orqanlarının əməkdaşları ilə birgə axtarışlar davam etdirilir.     
                                                                                                                                                                     
Əlavə məlumat veriləcək.


Geri

01 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nəsimi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

01 avqust 2021-ci il saat 08:40-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. 

İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 m² sahədə quru ot və rezin tullantıları yanıb.

Geri

01 avqust 2021-ci il saat 03:30-dək:

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda transformatorun çıxış kabeli 2 p.m yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.