Geri

01 avqust 2021-ci il saat 15:00-dək:

Şəki şəhərinin Cumakənd kəndində "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

01 avqust 2021-ci il saat 13:00-dək:

30.07.2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü Bayramov Qismət Allahverdi oğlu və 2000-ci il təvəllüdlü Rüstəmov Ülfət Hikmət oğlunun havanın dumanlı olması səbəbindən naməlum istiqamətdə yolu azmalarına əsaslı şübhələrin yaranması ilə əlaqədar axtarışların aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

31.07.2021-ci il tarixində FHN-nin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. Hal-hazırda Q.Bayramov və Ü.Rüstəmovun itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) müvafiq dövlət orqanlarının əməkdaşları ilə birgə axtarışlar davam etdirilir.     
                                                                                                                                                                     
Əlavə məlumat veriləcək.


Geri

01 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nəsimi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

01 avqust 2021-ci il saat 08:40-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. 

İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 m² sahədə quru ot və rezin tullantıları yanıb.

Geri

01 avqust 2021-ci il saat 03:30-dək:

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda transformatorun çıxış kabeli 2 p.m yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.