Geri

31 iyul 2021-ci il saat 23:25-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində  yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə quru ot və qarışıq tullantılar (sayğac, plastik borular) təqribən 200 m² sahədə yanıb.

Geri

31 iyul 2021-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan və Xaçmaz sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

Geri

31 iyul 2021-ci il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonunda heyvan faktorunun (inək) su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

31 iyul 2021-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

31 iyul 2021-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

31 iyul 2021-ci il saat 15:00-dək:

Ağsu rayonunun Elabad kəndində ümumi sahəsi 88 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd kondisioner, 1 ədəd televizor və 1 ədəd masa yanıb, 1 ədəd divan qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Xəlilabad kəndində ümumi sahəsi 108 m² olan talvarın yanar konstruksiyaları 68 m² sahədə və altına yığılan 30 ton ot bağlamasının 10 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağstafa rayonunun Poylu kəndində açıq ərazidə 18 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Əhmədbəyli kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə  yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.