Ağsu rayonunun Elabad kəndində ümumi sahəsi 88 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd kondisioner, 1 ədəd televizor və 1 ədəd masa yanıb, 1 ədəd divan qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Cəlilabad rayonunun Xəlilabad kəndində ümumi sahəsi 108 m² olan talvarın yanar konstruksiyaları 68 m² sahədə və altına yığılan 30 ton ot bağlamasının 10 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağstafa rayonunun Poylu kəndində açıq ərazidə 18 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Füzuli rayonunun Əhmədbəyli kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.