Geri

30 iyul 2021-ci il saat 20:00-dək:

Qusar rayonunun Yuxarı Qələnxur kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə, talvarın altına yığılan 6 ton ot bağlamasının 2,5 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oğuz rayonunun Xalxalqışlaq kəndində həyətyanı sahəyə yığılan 30 ton ot bağlamasının 1,2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunun İmamqulukənd kəndində ümumi sahəsi 63 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb .Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göygöl rayonunun Hacıməlik qəsəbəsində ümumi sahəsi 10 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin taxtadan ibarət döşəməsi 4 m² sahədə və içərisində 1 ədəd soyuducu yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyul 2021-ci il saat 18:45-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun axtarışları başa çatıb. X.Xankişiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

30 iyul 2021-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, İsmayıllı rayonunun Qəzli kəndində heyvan faktorunun (inək) su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

30 iyul 2021-ci il saat 14:45-dək:

Siyəzən rayonunun Zarat kəndində həyətyanı sahəyə yığılan 2,4 ton ot bağlamasının 1,8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyul 2021-ci il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

30 iyul 2021-ci il saat 12:30-dək:

Ucar rayonunun Qazyan kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail, Xətai və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 iyul 2021-ci il saat 07:30-dək:

Göygöl rayonunun Xaqani kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.