Geri

28 iyul 2021-ci il saat 18:00-dək:

Şəki şəhərində ümumi sahəsi 135 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının içərisində quraşdırılan 1 ədəd elektrik sayğacı yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunun Beşdam kəndində “УАЗ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyul 2021-ci il saat 14:15-dək:

Qobustan rayonunun Ərəbşalbaş kəndində transformatorun sarğıları və yaxınlıqda olan 2 ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyul 2021-ci il saat 12:30-dək:

Cəlilabad rayonunun Şötüklü kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunda həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyul 2021-ci il saat 09:15-dək:

Ağdam rayonunda həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 14 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

28 iyul 2021-ci il saat 06:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 iyul 2021-ci il saat 02:15-dək:

Goranboy rayonunun Nizami kəndində ümumi sahəsi 90 m² olan talvarın altına yığılan 10 ton ot bağlamasının 4 tonu və talvarın atma taxtaları 60 m² sahədə qismən yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları, içərisində olan ərzaq malları və 6 ədəd soyuducu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 70 m² olan fəaliyyət göstərməyən anbarın dam örtüyünün yanar konstruksiyaları 62 m² sahədə və içərisində 1 ədəd inkubator cihazı yanıb. Anbarın qalan hissəsi və bitişik dəyirman yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.