Geri

28 iyul 2021-ci il saat 06:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 iyul 2021-ci il saat 02:15-dək:

Goranboy rayonunun Nizami kəndində ümumi sahəsi 90 m² olan talvarın altına yığılan 10 ton ot bağlamasının 4 tonu və talvarın atma taxtaları 60 m² sahədə qismən yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları, içərisində olan ərzaq malları və 6 ədəd soyuducu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 70 m² olan fəaliyyət göstərməyən anbarın dam örtüyünün yanar konstruksiyaları 62 m² sahədə və içərisində 1 ədəd inkubator cihazı yanıb. Anbarın qalan hissəsi və bitişik dəyirman yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.