Geri

27 iyul 2021-ci il saat 22:15-dək:

Lənkəran şəhərinin Gərmətük qəsəbəsində "ВАЗ" markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyul 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

27 iyul 2021-ci il saat 20:30-dək:

Göygöl rayonunun Üçtəpə kəndində ümumi sahəsi 60 m² olan kürsülü birmərtəbəli evin və mətbəxinin taxtadan ibarət giriş qapıları, evə bitişik ümumi sahəsi 3 m² olan talvar və talvarın altında 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyul 2021-ci il saat 20:15-dək:

Şəki rayonunun Baltalı və Kiş kənd bələdiyyələrinə məxsus ərazilərdə yanğın nəticəsində 8 ha sahədə biçilmiş taxıl sahəsi, 72 ha sahədə kol-kos və quru ot yanıb.

Küləkli hava şəraitinin yanğının söndürülməsinə yaratdığı ciddi çətinliklərə baxmayaraq, yanğının kəndlərə tərəf yayılmasının qarşısı alınıb, yaxınlıqdakı meşə zolağı və bağ sahələri yanğından mühafizə olunub.

Geri

27 iyul 2021-ci il saat 18:30-dək:

Cəlilabad rayonunun İncilli kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 10 ton ot bağlamasının 7 tonu və tövləyə bitişik ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları yanıb. Tövləyə bitişik digər talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyul 2021-ci il saat 12:15-dək:

Neftçala rayonunun Həsənabad qəsəbəsində həyətyanı sahədə 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Xan Qərvənd kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli kafenin taxta üzlüyü və içərisində olan əşyalar 48 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

27 iyul 2021-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

27 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 iyul 2021-ci il saat 08:30-dək:

Cəlilabad rayonununda həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyul 2021-ci il saat 08:15-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 iyul 2021-ci il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

27 iyul 2021-ci il saat 02:00-dək:

Sumqayıt şəhərində "ВАЗ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun Hacıqərvənd kəndində həyətyanı sahəyə yığılan 9 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Parça Xələc kəndində ümumi sahəsi 120 m² talvarın yanar konstruksiyaları və talvarın altına yığılan 40 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunda "Opel " markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunda ferma ərazisində ümumi sahəsi 2800 m² tikilinin dam örtüyünün yanar konstruksiyaları 800 m² sahədə və yaxınlıqda yığılan 50 ton ot bağlamasının 35 tonu yanıb. Tikilinin və ot bağlamalarını qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Bahar qəsəbəsində həyətyanı sahəyə yığılan 10,8 ton ot bağlamasının 3,6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.