Geri

26 iyul 2021-ci il saat 13:30-dək:

Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oğuz rayonunun Ərmənət kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 1 m² sahədə və dam örtüyü 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

26.07.2021-ci il tarixində saat 10:30 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınıb, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:50-də söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının zirzəmisindən 16-cı mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 51 p.m, pilləkən qəfəslərində quraşdırılmış 14 ədəd plastik qapı yanıb.

Yanğın zamanı sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən təxliyə tədbirləri nəticəsində 45 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Geri

26 iyul 2021-ci il saat 07:30-dək:

Abşeron rayonunun Atyalı qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 iyul 2021-ci il saat 05:00-dək:

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yaxınlığında Qala-Zığ yolunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində 7 ha olan açıq əraziyə yığılmış məişət və plastik tullantıları təqribən 1 ha sahədə yanıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Geri

26 iyul 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.