Geri

22 iyul 2021-ci il saat 21:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ətçəkən maşından çıxarıblar.

Geri

22 iyul 2021-ci il saat 19:45-dək:

Bakı şəhərinin Səbail rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yardımlı rayonu, Bilnə kəndində ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonu, Qaramusalı kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 20 ton ot bağlamasının 15 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 100 m² olan tikilinin yanar konstruksiyaları 25 m² yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyul 2021-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

22 iyul 2021-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

22 iyul 2021-ci il saat 14:00-dək:

Beyləqan rayonunda həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyul 2021-ci il saat 11:15-dək:

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

İlkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.

Geri

22 iyul 2021-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

22 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

22 iyul 2021-ci il saat 00:45-dək:

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı, tavanı qamış örtükdən ibarət evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə, digər otaqların tavanı 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Təzəkənd kəndində həyətyanı sahəyə yığılan 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.