Geri

19 iyul 2021-ci il saat 19:30-dək:

Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb. K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

19 iyul 2021-ci il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

19 iyul 2021-ci il saat 18:35-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mahmudlu kəndində 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

19 iyul 2021-ci il saat 18:00-dək:

Lənkəran rayonunun Əşlə kəndində bağ ərazisində 2 ha sahədə quru ot, kol-kos və təqribən 150 ədəd meyvə ağacı (qismən) yanıb. Bağ sahəsinin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 17:45-dək:

Şəki rayonunun Qoxmuq kəndində ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 500 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli, 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 16:30-dək:

Sumqayıt şəhərində istifadə olunmayan tikilidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 900 m² sahədə və 2 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Geri

19 iyul 2021-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində iribuynuzlu heyvanın dəmir barmaqlıqlar arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri heyvanı xilas edərək sahibinə təhvil veriblər.

Geri

19 iyul 2021-ci il saat 15:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan elektrik otağında 1 ədəd elektrik lövhəsi və kabel 3 p.m yanıb. Otaqda olan digər elektrik avadanlıqları və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Həsənabad qəsəbəsində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə, damına yığılan 1 ton ot bağlamasının 400 kiloqramı və yaxınlıqda əraziyə yığılan 8 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 baş iribuynuzlu və 10 baş xırdabuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən  təhlükəsiz əraziyə köçürülüb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Hülövlü kəndində həyətyanı sahəyə yığılan 5 ton ot bağlaması və 100 m² sahədə quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində istifadə olunmayan tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

19 iyul 2021-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

19 iyul 2021-ci il saat 13:45-dək:

Bərdə rayonunun Həsənqaya kəndində həyətyanı sahədə 18 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 13:30-dək:

Oğuz rayonunun Qarabulaq kəndində bələdiyyəyə məxsus ərazidə 12 ha sahədə biçilmiş taxıl sahəsi, 3 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

19 iyul 2021-ci il saat 08:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 07:45-dək:

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan 1 ədəd televizor əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Əfətli kəndində həyətyanı sahədə 12 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qusar rayonunda ümumi sahəsi 80 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın içərisində olan 10 ədəd soyuducusu qismən əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 05:00-dək:

Ucar rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları, talvarın altında olan "Mercedes" markalı minik avtomobilinin yük hissəsi, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, 2 m³ taxta və 500 kq buğda yanıb. Avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

19 iyul 2021-ci il saat 02:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ondördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin ("Bravo" marketi yerləşir) divarının çöl tərəfində məişət tullantıları 20 m² sahədə yanıb. Market və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyul 2021-ci il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.